"S&P": Yaxın 2 ildə Azərbaycanda enerji tarifləri dəyişməyəcək

16-02-2018, 11:24
Oxunub: 140
"Yaxın iki ildə tariflərin dəyişməyəcəyini düşünürük"


“2018-2019-cu illərdə Azərbaycanda elektrik enerjisi tarifləri dəyişməyəcək”.

APA-Economics xəbər verir ki, bu barədə “Standard&Poors” beynəlxalq reytinq agentliyi “Azərenerji” ASC-nin reytinqi ilə bağlı yaydığı məlumatda qeyd olunub.

Bildirilir ki, qaz və mazut qiymətlərinin artımını kompensasiya etmək üçün 2016-cı ilin dekabrında Tarif Şurasının qərarı ilə “Azərenerji”nin tarifləri 33% artıb. “Belə bir addımın iqtisadi və sosial nəticələrini nəzərə alaraq yaxın iki ildə tariflərin dəyişməyəcəyini düşünürük,” – deyə məlumatda bildirilir.  

Agentliyin mütəxəssisləri qeyd edir ki, “Azərenerji”nin əməliyyat fəaliyyəti mənfəətlə nəticələnəcək. Buna baxmayaraq, dövlət tərəfindən əsaslı kapital xərcləri maliyyələşdirilməsə, 2018-ci ildən şirkətə pul axını zəifləyəcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti