Azərbaycanda yanvarda 3,4 mln. ton neft hasil edilib

16-02-2018, 11:09
Oxunub: 105
Hasil edilən neftin 3 356,7 min tonu əmtəəlik xam neftin payına düşüb


Bu ilin yanvar ayında Azərbaycanda qaz kondensatı daxil olmaqla 3 360,7 min ton xam neft hasil edilib.

Report-un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, neft hasilatının həcmi illik müqayisədə 0,2% azalıb.

Hasil edilən neftin 3 356,7 min tonu əmtəəlik xam neftin payına düşüb.

Bu ilin yanvar ayında 2 486,8 mln. kubmetr həcmində təbii qaz hasil edilib ki, onun da 1 576,6 mln. kubmetri əmtəəlik təbii qazın payına düşüb.

Ötən ay qaz hasilatı 0,7% artıb, əmtəəlik qazın həcmi isə 5,9% azalıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti