ABŞ-ın tanınmış silah şirkəti iflas edib

14-02-2018, 19:43
Oxunub: 59
"Tramp uçurumu" (Trumpslump) adlandırılıb


ABŞ-ın tanınmış silah şirkəti "Remington Outdoor" iflas prosedurasına başlayıb.

Report "İnterfaks"a istinadən xəbər verir ki, Şirkət artıq biznesin restrukturizasiyasına dəstək verilməsi ilə bağlı kreditorlarla razılığa gəlib.

"Remington"dan həmçinin adi rejimdə fəaliyyət göstərməyə, əməkdaşlara və ticarət tərəfdaşlarına ödənişləri həyata keçirməyə davam edəcəkləri bildirilib. Restrukturizasiya müştəri dəstəyinə və xidmətə təsir göstərməyəcək.

Restrukturizasiya vasitəsilə "Remington" borc məbləğini, təxminən, 700 milyon dollar azaldacaq, eləcə də bir sıra bölmələrinin kapitalını 145 milyon dollar artıracaq.

Qeyd edək ki, 200 illik tarixi ərzində ABŞ-da vətəndaş müharibəsi və hər iki Dünya müharibəsi zamanı silah təchizatı ilə məşğul olan "Remington" şirkəti hazırda "Cerberus Capital Management"ə məxsusdur. Ancaq restrukturizasiya başa çatdıqdan sonra sərmayə şirkəti artıq silah istehsalçısının sahibi olmayacaq.

Öz növbəsində, Nyu-York Universitetinin professoru Rober Şpitser "The Guardian"a açıqlamasında bu seqmentdə satışın aşağı düşməsinə və "Remington"un iflasa məruz qalmasına ABŞ prezidenti Donald Trampın siyasətinin səbəb olduğunu söyləyib. Vəziyyəti artıq "Tramp uçurumu" (Trumpslump) adlandırılıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti