AMEA-nın ümumi yığıncağının keçiriləcəyi vaxt prezident seçkisi ilə bağlı dəyişib

14-02-2018, 19:35
Oxunub: 81
"Akademiyanın ümumi yığıncağını iyun ayında keçirəcəyik"


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağının keçiriləcəyi vaxt dəyişib.

Report xəbər verir ki, bu barədə AMEA prezidenti, akademik Akif Əlizadə Akademiyanın Rəyasət Heyətinin bu gün keçirilən iclasında məlumat verib. 

Onun sözlərinə görə, əvvəlcədən ümumi yığıncağın aprelin 11-də keçirilməsi planlaşdırılıb: "Lakin bildiyiniz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı müvafiq sərəncamla aprelin 11-də ölkədə növbədənkənar prezident seçkiləri baş tutacaq. Buna görə də Akademiyanın ümumi yığıncağını iyun ayında keçirəcəyik".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti