Əbülfəs Qarayev Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

14-02-2018, 19:32
Oxunub: 67
Səfir səmimi qəbula görə minnətdarlığını ifadə edib


Mədəniyyət və turizm naziri Əbülfəs QarayevTürkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özaral ilə görüşüb.

Bu barədə Report-a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycan və Türkiyə arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri, film çəkilişləri, hər iki ölkədə keçirilən tədbirlərdə qarşılıqlı iştirak, turist mübadiləsi və birgə layihələr müzakirə edilib.

Görüş zamanı həmçinin bu il çərçivəsində Türkiyədə Azərbaycan film həftəsinin, Azərbaycanda isə Türkiyə film həftəsinin keçirilməsi müzakirə olunub. Eyni zamanda bir sıra mədəni və turizm layihələrinin həyata keçirilməsi qərara alınıb.

Səfir səmimi qəbula görə minnətdarlığını ifadə edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti