Sabah Nərimanov rayonunda su problemi olacaq

14-02-2018, 17:26
Oxunub: 91
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” abunəçilərdən üzr istəyir


Fevralın 15-də gün ərzində Bakı şəhərinin Təbriz küçəsi boyunca ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. 

Bu barədə Report-a “Azərsu” ASC-nin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, məhdudiyyətlər Nərimanov rayonunun Təbriz küçəsində yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində ərazidən keçən magistral su xəttinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədardır.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” abunəçilərdən üzr istəyir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti