"Cəmiyyətdə AMEA haqqında xoşagəlməz fikirlər səsləndirilir"

14-02-2018, 17:23
Oxunub: 65
"Bunun düzgün olmadığını göstərmək üçün AMEA-nın bölmələri ictimaiyyətlə görüşlər keçirsin"


 "Azərbaycan Milli Elmlər Akademiyası haqqında cəmiyyətdə xoşagəlməyən fikirlər səsləndirilir".

Report xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə AMEA-nın Rəyasət Heyətinin bugünkü iclasında deyib.

O, belə fikirlərin aradan qaldırılması üçün təkliflə çıxış edib: "Bunun düzgün olmadığını göstərmək üçün AMEA-nın bölmələri ictimaiyyətlə görüşlər keçirsin. İnstitutların gördükləri işlər çoxdur. Onlar haqqında saatlarla danışmaq olar. Cəmiyyət bunları eşitsə, akademiyaya olan yanaşma dəyişər, ona diqqət artar".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti