Ötən il üzrə ən böyük hərbi büdcəyə malik ölkələrin adları açıqlanıb

14-02-2018, 16:43
Oxunub: 42
Ötən il üzrə ən böyük hərbi büdcə ABŞ-da olub - 602,8 milyard dollar


ABŞ-ın Beynəlxalq Strateji Araşdırmalar İnstitutu (IISS) "Hərbi balans 2018" hesabatını dərc edib.

Report xəbər verir ki, hesabatda 2017-ci il üzrə dünyanın 15 ən yüksək hərbi büdcəyə malik ölkələri göstərilib.

Hesabata əsasən, ötən il üzrə ən böyük hərbi büdcə ABŞ-da olub - 602,8 milyard dollar. Çin (150,5 milyard dollar) ikinci, Səudiyyə Ərəbistanı (76,7 milyard dollar) üçüncü sırada qərarlaşıb.

Dördüncü yeri ölkənin müdafiəsinə 61,2 milyard dollar xərcləyən Rusiya tutub. İlk beşliyi 52,5 milyard dollar ilə Hindistan qapayıb.

Sonrakı yerlərdə Böyük Britaniya (50,7 milyard), Fransa (48,6 milyard), Yaponiya (46 milyard), Almaniya (41,7 milyard), Cənubi Koreya (35,7 milyard), Braziliya (29,4 milyard), Avstraliya (25 milyard), İtaliya (22,9 milyard), İsrail (21,6 milyard) və İraq (19,4 milyard) qərarlaşıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti