Çarli Çaplin: ""Sərsəri" filmi ruhumun ifadəsi idi" (MÜSAHİBƏ/1966)

14-02-2018, 15:00
Oxunub: 1439
"Pantomima poetikadan və hər kəsin müraciət etdiyi universal formadan çox uzaqdır"


1966-cı ildə  Riçard Merimenin Çarli Çaplindən aldığı müsahibədə o, filmlərinin arxa planında ona ilham verən şeylər haqqında danışmışdır.

Etatist.com həmin müsahibəni öz oxucuları üçün təqdim edir:

- Bu müsahibə sizin sənətiniz, işiniz haqqında olacaq. Mən istəyirəm sizin necə işlədiyinizi oxuculara göstərim.


- Xarakterim, fikirlərimi bir yerə toplamaq yaradıcılığıma təsir edir. Əlimdən gələn hər şeyi edirəm. Bacarsaydım, daha yaxşısını edərdim, hələ ki, bu qədərini edə bilirəm. 

- “Sərsəri” filminin  ideyasının yaranması haqqında danışa bilərsinizmi?

- Gözlənilməz bir anda yarandı. Operator dedi ki, əyləncəli makiyaj olacaq. Nə edəcəyimi bilmirdim. Geyim şöbəsinə getdim. Düşündüm ki, hər şeyi ziddiyətli hala gətirməliyəm. Çantalı şalvar, böyük baş, kiçik papaq, qəzəbli və eyni anda nəcib bir obraz. Üz ifadəmin necə olacağını dəqiq bilmirdim. Kədərli, ciddi bir üz ifadəsi olmalı idi. Mən komik tərəfimi gizlətmək istədim, beləcə,  kiçik bığ tapdım. Ancaq mənə deyildi ki, bu, xarakterə təsir edəcək bir xüsusiyyət deyil, sənin ifadə tərzini gizlətməyəcək.

- Özünüzə baxdıqda ilk reaksiyanız necə idi?

- Çəkilişə qədər xüsusi bir şey olmadı. Geyimimdə özümü, öz rəftarımı hiss etdim, beləcə, xarakter yarandı. Otel foyesində Mabelin qəribə narahatlığı səhnəsində Sərsəri sadəcə qonaqlardan biri kimi davranırdı, kresloda əyləşib bir qədər dincəldi. İnsanlar ona şübhə ilə baxdılar. Mən qonaqların oteldə etdiklərini etdim, siqaret yandırıb çəkdim, qeydiyyat vərəqlərinə baxdım, paradın keçidini izlədim. Bu, ilk əyləncəli səhnə idi. Beləliklə, xarakter doğuldu. Mən düşündüm ki, bu, yaxşı xarakterdir. Sonra yaranan  bütün komediya ideyaları  üçün  eyni formatdan istifadə  olundu. Bir məsələni vurğulamaq istəyirəm. “Sərsəri”nin ayaqlarında yara var. Nə qədər cəsarətli və ya qüsursuz olsa da,  böyük ayaqlarına görə tez yorulur. Qarderobdan iki cüt böyük köhnə ayaqqabı istəmişdim. Mən arığam və ayaqlarım balacadır. Bilirdim ki, böyük ayaqqabılarda gəzməyim gülməli olacaq.

- Sizcə "Sərsəri" müasir dövrə uyğundurmu?

- İndi bu cür insana yer yoxdur. Dünya bir qədər sifariş meydanına çevrilib. Məncə, bu, bizi xoşbəxt etməyəcək. Bəzən uşaqları qısa geyimdə görürəm, uzun saçları var, özlərini  sərsərilərə bənzətmək istəyirlər. Onlar təvazökarlığın nə olduğunu bilmirlər, indi həmin təvazökarlıq yoxdur. Buna görə də antik bir fikir halına gəldi. İndi belə bir obraz yarana bilməz. “Sərsəri” obrazı başqa bir dövrə aiddir. Əlbəttə ki, səs effektinə gəldikdə bu, başqa bir səbəbdir. Mən bu obrazın necə səsə sahib olacağını müəyyən edə bilmirəm. Beləliklə, bu obraz  müasir şərtlərə uyğun deyil.

- Sizcə “Sərsəri”nin məqsədi nədir?

- Burada bir zəriflik və yoxsulluq var. Hər kəs yaxşı geyinmək,  yaraşıqlı görünmək istəyir. O, qətiyyətli olmağı bacarır və hər şeydə həssasdır. Mən obrazı daxilimdə hiss edə bildim. Ancaq heç zaman onun böyük məqsədi haqqında düşünmədim. İzləyicilərin reaksiyası mənə motivasiya verdi, ancaq mən heç vaxt tamaşaçılarla birbaşa əlaqədə olmamışam. Tamaşaçılara hazırlıq prosesi yox, səhnədə baş verənlər maraqlıdır. Həmişə daxilimdə bir yumora sahib obraz hiss edirdim, bunu ifadə etməli idim. Bu əyləncəlidir.

- Komik ideyalar ardıcıl gəlir və ya hansı anda olur bu proses?

- Heç bir xüsusi proses olmur. Hər şey baş verən situasiyalardan asılıdır. Komik ana düşürsən, həmin anda ideya yaranır. Məsələn, “The Rink” filmində olduğu kimi. Bir skeyt tapdım və sürdüm. Hər kəs yıxılacağımı düşünürdü. Ancaq yıxılmadım. Və ya “Easy Street” filmində mən polis rolundayam, canini sakitləşdirmək üçün ona davamlı zərbələr vururam. Bu, pis arzuya bənzəyir. Sonra mən düşünürəm ki, o, çox güclüdür. O, işıq dirəyini aşağı endirir, mən onun arxasına keçib başını işıq dirəyinə tərəf itələyirəm, sonra ona əyləncəli şəkildə yumruqlar vururam. Bu, tamaşaçılarda böyük gülüş yaradır. Bəzən ağır, ümidsiz günlər olur. Sən yeni gülməli nələrsə düşünməlisən. Ancaq əyləncəli anlar olmasa, sən əyləncə yarada bilməzsən. Bəzən fırıldaqlıq edirsən, qəsdən əyləncəli situasiya yaradırsan ki, gülüş yaransın.

- Siz insanların sizin əyləncələrinizi təkrarladığını  görürsünüzmü, yoxsa bunlar ancaq sizin xəyalınızın məhsuludur?

- Yox, bu, tamamilə bizim öz dünyamızdır. Kaliforniyada studiyam var idi. Ağlıma hekayə üçün yeni bir ideya gələndə özümü yaxşı hiss edirdim. Siz yəqin bilirsiniz ki, Kaliforniya, xüsusən də Hollivud axşamlar üçün uğursuz yerdir. Ancaq digər tərəfdən, sirli, gözəl bir dünyadır, orada əyləşirsiniz, yarım gün işləyirsiniz. Bu, çox yaxşıdır.

- Realizm komediyanın tərkib hissəsidir?

- Bəli, tamamilə belədir. Əgər sən inanırsansa, demək ki, absurd bir vəziyyət var, sən bunun öhdəsindən reallıqla gələ bilərsən. Tamaşaçıları bəzən real, bəzən isə absurd şeylər güldürür.

- Bəs qəddarlıq da bunun bir hissəsidir?

- Şiddət komediyanın əsas elementidir. Əgər ağılsızlıq və hiyləgərlik kifayət qədərdirsə, insanlar gülür. Tamaşaçılar bunu  real həyatdan fərqləndirirlər. Onlar bəzən ağlamamaq, ölməmək naminə gülürlər. Bəzən bir insan banan üzərində yavaşca sürüşür, yıxılır,  biz buna gülmürük. Ancaq bu hərəkəti qürurlu, özündənrazı bir insan edirsə, bu hərəkət insanlarda gülüş yaradır. Bir insan çox ağıllı olduğunu düşünürsə, qürurla bir restorana daxil olursa və şalvarında böyük bir çuxur varsa, insanlar buna gülür. Xüsusən də həmin insan özündən əmin halda yeriyirsə.

- Sizin yaradıcılığınızın bir hissəsi komedikdir. Bu, intellektuallıq deyil. Sadəcə yaşanan hadisələr gülməlidir.

- Mən hekayələr quraşdırarkən bir bilyard masasında çimərlik oyununun yaradılmasını nəzərdə tuturam. Bir daşa toxunmaqla digər fiqurları görə bilirsən. İşimin bu cəhətini çox sevirəm.

- Siz dəhşətli dərəcədə sürətlə hekayələr quraşdırırsınız, hadisələri biri-birinin üzərinə yığırsınız? Sizcə, bu sizin xarakterinizə uyğundur?

- Deməzdim ki, xarakterimə uyğundur. Mən digər komediya aktyorlarını izləyirəm. Onların sürətli fəaliyyətini gördükcə astagəl fəaliyyətdən daha çox sürətli çalışmaq istəyirəm. Başa düşürəm ki, astagəl fəaliyyətlə tamaşaçıların etimadını doğrultmaq olmaz. Hərəkət həmişə olmamalıdır. Hadisələr böyüməlidir ki, reallığını itirməsin. Məsələn, sizin bir probleminiz olur, siz bu problemi böyüdürsünüz. Təbii ki, bunu qəsdən etmirsiniz. Burada sual yaranır. Nə etməli və ya hara getməli? Bunun təbii nəticəsi nədir? Həqiqi və inandırıcı şəkildə problem mürəkkəbləşir. Bunu bacarmasanız, həyəcan yaradıcı komediya yarada bilməzsiniz.

- Həssaslıq  və ya şablon məsələlərinə görə narahat olursunuz?

- Bu, bir pantomim deyil. Bu barədə narahat olmayın. Mən şablondan qorxmuram. Bütün həyat şablondur. Biz hər hansı bir orijinallıq yaratmırıq. Biz gündə üç dəfə yemək yeyirik, əziyyət çəkirik, məhəbbətsiz ölürük. Heç bir şey bir sevgi hekayəsi qədər şablon ola bilməz. Maraq ölənə qədər davam edir.

- “Qızıla hücum” filmində ayaqqabıyemə səhnəsində neçə dəfə cəhd etdiniz?

- Yeni çəkiliş üçün iki günümüz var idi, Köhnə yoxsul aktyor Mak Svein xəstələnmişdi. Ayaqqabılar biyan bitkisindən hazırlanmışdı. O, bir neçə dəfə cəhd etmişdi. Dedi ki, bu lənətəgəlmiş ayaqqabıları yeməyəcək. Mən bu ideyanı Donna partiyasının 81 nəfərlik pioner heyətinin 1846-cı ildə Kaliforniyaya gedərkən Sierrra Nevada kəskin qar səbəbindən qalmaq hadisəsindən götürmüşəm. Onlar hannibalizmə və makasin yeməyə məcbur olmuşdular. Bişmiş çəkmələri düşündüm. Qərara gəldim ki, burada maraqlı bir əlyəncə yaratmaq olar. Hekayənin gərginləşdiyi zamanda, aclıq hiss olunanda hekayəndə motivasiya olmalıdır. Aclıq probleminə məntiqi həll yolu tapırsan. Bu, gerçəkliyi əks etdirən mümkün nümunələrdən biridir.

- Səslə bağlı hər hansı bir şübhəniz və narahatlığınız varmı?

- Bəli, təbii ki. Mən təcrübə zamanı, (bu, akademik fəaliyyət deyil. Bunlar arasında ciddi fərqlər var) daxilimdəki təbii aktyor istedadını hiss etdim. Başa düşdüm ki, pantomima mənim üçün danışıqdan daha asandır. Mən sənət adamıyam, düşünürəm ki, danışıq zamanı bir çox şeylər qeyb olur. Bilirdim ki, döyüşün yarıdan çoxu sayılan uğurlu  səs və tələffüzə malik deyiləm.

- Səssiz filmin fantaziyamıza zərərinin xüsusi bir ölçüsü varmı?

-  Mən həmişə demişəm ki, pantomima poetikadan və hər kəsin müraciət etdiyi universal formadan çox uzaqdır. Danışıq zamanı dəqiq axıcılıq itir. Səs yaxşıdır, ancaq hər şeyi tez aşkar edir. Mən düşünürəm ki, bir az müəmma olmalıdır. Mən öz sənətimdə çox açıq-aşkar olmaq istəmirəm. Çox az adam yaxınlığındakı təbiəti, uçan quşları, böyük dərinlikdəki illüziyanı başa düşür. Sözlər gözlərin ifadəsini əks etdirmir. İnsanlar üzlərinin aydın ifadəsini gizlədə bilmir. Bu, incə detal xəyal qırıqlığı ola bilər. Danışığa başlayarkən bütün bunları nəzərə almağa məcbur idim. Mən təsirli nitq qabiliyyətimi itirdiyimi yaxşı dərk edirdim. Bu, heç zaman yaxşı olmayacaq.

- Sevdiyiniz bir film varmı?

- “Şəhər işıqları” filmini sevirəm. Bu filmi uğurlu , həqiqi komediya hesab edirəm.

- Bu, uğurlu filmdir. Faciə və komediyanın vəhdəti məni təəccübləndirir.

- Bu, heç vaxt məni maraqlandırmayıb. Bunu daha çox subyektiv yanaşma hesab edirəm. Həmişə düşünmüşəm ki, bu, yəqin az və ya çox dərəcədə mənim ikinci təbiətimlə əlaqəlidir və ya ətraf mühitin təsiridir. Mənə elə gəlir ki, səmmimiyyət və təəssüf hissləri olmadan yumoru dərk etmək olmaz.

- Biz faciədən xilas olmaq istəyirikmi?

- Məncə, həyat uzun müddətlidir. İnsanlar intihar etməyə səbəblər tapdıqca həyatı tərk etmək istəyirlər. Həyat çox ecazkardır, ən çətin şərtlərdə belə, hətta bədbəxt anlarda belə yaşamaq lazımdır. Mən həyata üstünlük verirəm. Təcrübələrimizə üstünlük verməliyik. Yumor insanın sağlamlığını qoruyur. Bir çox fəlakətlərlə üzləşirik. Faciə təbii ki, həyatın bir hissəsidir. Faciəyə tab gətirmək üçün bizə imkanlar verilir. Ona qarşı müdafiə üçün bizə yumor verilir. Yumor kədər əleyhinə uğurlu ideyadır və ya faciəylə müqayisədə daha az təəssüf doğurur.

- Dahi bir insan kimi yaradıcılıq haqqında nə düşünürsünüz?

- Heç vaxt dahi olduğumu düşünməmişəm. Bəzi adamların yüksək istedadı, emosionallığı və texnikası olur. Hər insanın hansısa sahədə istedadı var. Adi adamlar müntəzəm işlərlə qeyri-adi yaradıcılığı fərqləndirə bilsələr, onlar da dahi ola bilərlər. Dahi insan fərqli bir şey edir, ancaq bunu mükəmməl şəkildə edir. “Dahilər hər işi bacarır” fikri yanlışdır.

Tərcümə: Nicat Həşimzadə
Mənbə: ednapurviance.org
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti