Türkiyə Rusiyadan ikinci dəfə “S-400” zenit-raket kompleksi alacaq

14-02-2018, 14:32
Oxunub: 57
Rəsmi Moskva Türkiyəyə satdığı bu sistemin ilk partiyasını 2020-ci ildə təhvil verəcək


Türkiyə Rusiyadan ikinci dəfə “S-400” zenit-raket kompleksi almağı planlaşdırır.

Report “Ahaber”ə istinadən xəbər verir ki, iki ölkə arasında imzalanan müqaviləyə əsasən, rəsmi Moskva Türkiyəyə satdığı bu sistemin ilk partiyasını 2020-ci ildə təhvil verəcək.

Məlumata görə, bundan sonra Türkiyə ilə Rusiya arasında yenidən müzakirələr başlayacaq. Tərəflərin “S-400” zenit-raket kompleksinin ikinci partiyasının alqı-satqısı üçün 2021-ci ildə danışıqlar masasına oturacağı gözlənilir. 

Qeyd edək ki, Rusiyanın “Rostex” Dövlət Şirkətinin direktoru Sergey Çemezov “S-400”ün ilk partiyasının 2020-ci ilin martında Türkiyəyə təhvil veriləcəyinin bildirib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti