Cənubi Koreya Qış Olimpiya Oyunlarında KXDR-in xərclərini qarşılayacaq

14-02-2018, 10:50
Oxunub: 74
Bunun üçün KXDR-lə əməkdaşlıq komissiyasının büdcəsindən 2,86 milyon dollar ayrılıb


XXIII Qış Olimpiya Oyunlarına ev sahibliyi edən Cənubi Koreya Koreya Xalq Demokratik Respublikasının (KXDR) yarışlarda iştirak xərclərini qarşılayacaq.

Report xəbər verir ki, bunun üçün KXDR-lə əməkdaşlıq komissiyasının büdcəsindən 2,86 milyon dollar ayrılıb. Qərarda bildirilir ki, atılan addımlar Koreya yarmadasında sülhə qapı açır: “KXDR-in nümayəndə heyətinin Oyunlarda iştirakı onların sülhsevər davranışlarını nümayiş etdirmələri, koreyalılar arasında münasibətlərin yaxşılaşdırılması üçün bir fürsətdir və Koreya yarmadasında sülhə qapı açır”.

Qeyd edək ki, 2018-ci ilin əvvəlindən KXDR Cənubi Koreyaya qarşı mülayimlik nümayiş etdirməkdədir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti