Böyük Britaniya baş nazirinin ticarət elçisinin Azərbaycana səfərinin proqramı açıqlanıb

14-02-2018, 10:27
Oxunub: 107
Baronessa E.Nikolson Cənub Qaz Dəhlizi Məsləhət Şurasının dördüncü iclasına qatılacaq


Böyük Britaniya baş nazirinin ticarət elçisi baronessa Emma Nikolsonun Azərbaycana səfərinin proqramı açıqlanıb.

Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən Report-a verilən məlumata görə, səfər zamanı baronessa E.Nikolson fevralın 15-də Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məsləhət Şurasının dördüncü iclasına qatılacaq.

Emma Nikolsonun həmçinin Azərbaycanın Prezidenti İlham Əliyev, birinci vitse-prezidenti Mehriban Əliyeva, vergilər naziri Mikayıl Cabbarov və energetika naziri Pərviz Şahbazovla görüşlər keçirəcəyi planlaşdırılır.

Qeyd edək ki, Böyük Britaniya Azərbaycandakı 500-dən çox şirkətinin iştirakı ilə ölkənin ən böyük xarici investordur.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti