Azərbaycan AŞPA-nı prezident seçkilərini müşahidə etməyə dəvət edib

14-02-2018, 10:24
Oxunub: 36
"Monitorinq məsələsi hələ təsdiqlənməyib"


Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycanda keçiriləcək prezident seçkilərində müşahidəçi qismində iştirak etmək üçün dəvət alıb.

Bu barədə Report-a Avropa Şurasının mətbuat xidmətindən bildirilib.

Mətbuat xidmətindən məlumat verilib ki, AŞPA bu məsələni nəzərdən keçirəcək: "Monitorinq məsələsi hələ təsdiqlənməyib".

Xatırladaq ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri bu il aprelin 11-də keçiriləcək. Azərbaycan Mərkəzi Seçki Komissiyası daha əvvəl seçkilərin müşahidə edilməsi üçün beynəlxalq müşahidəçilərə təkliflər göndəriləcəyini açıqlayıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti