“Heç bir NATO üzvü Türkiyə qədər terror hücumuna məruz qalmayıb”

13-02-2018, 18:27
Oxunub: 145
Brüsseldə NATO müdafiə nazirlərinin toplantısı keçiriləcək


NATO baş katibi Yens Stoltenberq bir daha Türkiyənin Suriyanın Afrin bölgəsində PKK terror təşkilatının Suriya qolu PYD/YPG-yə qarşı keçirdiyi “Zeytun budağı” əməliyyatına münasibət bildirib.

APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, Y. Stoltenberq Brüsseldəki NATO qərargahında keçirdiyi mətbuat konfransında Türkiyənin ötən həftə “Zeytun budağı” əməliyyatı ilə bağlı NATO-nu məlumatlandırdığını, özünün isə davamlı olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə əlaqə saxladığını açıqlayıb.

Y. Stoltenberq Türkiyənin təhlükəsizliklə bağlı real problemlərinin olduğunu söyləyib: “Heç bir NATO üzvü Türkiyə qədər terror hücumuna məruz qalmayıb. Türkiyə bu təhlükəsizlik problemlərini aradan qaldırmaq haqqına sahibdir. Ancaq Türkiyə bu addımları müəyyən çərçivədə və ölçüdə atmalıdır”.  

Y. Stoltenberq Avropa İttifaqının müdafiə xərclərini artırmasını müsbət qarşıladığını vurğulayıb: "Ancaq Avropa İttifaqının səyləri NATO-ya alternativ deyil, NATO-nun tamamlayıcı formada olmalıdır. Avropa İttifaqında yaşayan insanların 90 faizi NATO torpaqlarında yaşayır".

Qeyd edək ki, sabah Brüsseldə NATO müdafiə nazirlərinin toplantısı keçiriləcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti