"Dünyanı su basacaq"

13-02-2018, 18:16
Oxunub: 116
Antarktidada buzlaqların dəhşətli dərəcədə əriməsini göstərib


Əsrin sonlarına qədər dünya okeanında suyun səviyyəsi yarım metrdən çox qalxacaq. Bu da sahilyanı şəhərlərin və adaların qlobal daşqınlara məruz qalacağı təhlükəsini yaradır.

Report "RİA Novosti"yə istinadən xəbər verir ki, Boulder şəhərindəki Kolorado Universitetinin amerikalı klimatoloqları bu nəticəyə gəliblər.

Onların "Proceedings of the National Academy of Sciences" jurnalında dərc edilən araşdırmalarına görə, aeromüşahidələrə əsaslanaraq qurulan dinamik modullar vasitəsilə alimlər dəniz səviyyəsinin ildə 2,9 millimetrə qədər qalxdığını müəyyənləşdirə bilib.

Son 25 ildə isə bu göstərici orta hesabla ildə 0,084 millimetr olub. Əldə edilmiş nəticələrə əsasən, alimlər belə qənaətə gəliblər ki, 2100-cü ilə qədər dünya okeanında suyun səviyyəsi əsrin əvvəlləri ilə müqayisədə 65 santimetr qalxacaq.

Alimlər hesab edirlər ki, suyun səviyyəsinin qalxması nəticəsində baş verəcək daşqınlar Cənubi Florida, Banqladeş, Şanxay və Vaşinqtonun bir hissəsinə zərbə vuracaq. Onlar gələcək kataklizmlərin səbəbi kimi qlobal istiləşmə səbəbindən Qrenlandiya və Antarktidada buzlaqların dəhşətli dərəcədə əriməsini göstərib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti