Buffon İtaliya millisinə qayıda bilər

13-02-2018, 18:16
Oxunub: 66
İtaliya millisi ilə vidalaşıb


"Yuventus" klubunun qapıçısı Canluici Buffon yaxın vaxtlarda fikrini dəyişərək, futbol üzrə İtaliya milli komandasına qayıda bilər.

Report "Sky Sport İtalia"ya istinadən verdiyi məlumata görə, yığma karyerasını bitirdiyini elan etmiş Buffonu bu qərarından dönməyə yığmada baş məşqçi səlahiyyətlərini icra edən Luici Di Byaco təsir göstərib. Di Byaco 40 yaşlı qapıçını martın 23-də Argentina, martın 27-də isə İngiltərə ilə yoldaşlıq görüşlərinə çağırmaq istəyindədir. O, təcrübəli qolkiperə yığmada kapitanlıq sarğısı da vermək niyyətindədir. Buffonun 2020-ci il Avropa çempionatınadək millidə çıxış edəcəyi gözlənilir.

Qeyd edək ki, Canluici Buffon 2017-ci ilin sonlarında Avropa çempionatının "pley-off" mərhələsində İsveçə iki oyunun nəticəsində (0:1, 0:0) uduzduqdan sonra İtaliya millisi ilə vidalaşıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti