Azərbaycan parlamenti daha iki sazişi təsdiqləyib

13-02-2018, 17:48
Oxunub: 65
1-ci sənəd ötən il dekabrın 7-də Vyanada (Avstriya), 2-ci sənəd isə ötən il noyabrın 23-də Brüsseldə (Belçika) imzalanıb


 Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Macarıstan Hökuməti arasında avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları haqqında" Saziş təsdiq edilib.

Report-un verdiyi xəbərə görə, bundan başqa, Azərbaycan parlamenti "Azərbaycan Respublikası Hökuməti ilə Benilüks Dövlətləri Hökumətləri arasında xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında" Sazişi təsdiq edib.

Qeyd edək ki, 1-ci sənəd ötən il dekabrın 7-də Vyanada (Avstriya), 2-ci sənəd isə ötən il noyabrın 23-də Brüsseldə (Belçika) imzalanıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti