"ECB blokçeyn texnologiyası ilə yaxından maraqlanır"

13-02-2018, 17:42
Oxunub: 35
"Avrozona iqtisadiyyatının resessiyadan çıxıb və bölgədə iş gücü bazarının keyfiyyətinin artırılması məcburiyyəti var"


Avropa Mərkəzi Bankı (ECB) blokçeyn texnologiyası ilə yaxından maraqlanır, lakin bitkoini pul vahidi hesab etmir.

Report "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə ECB rəhbəri Mario Dragi (Mario Draghi) Bankın rəsmi saytında yayımlanan videoyazılarında qeyd olunub.

Dragi yeni texnologiyaların yaratdığı əmək bazarının, yox olacaq iş yerlərinin sayından daha çox olduğunu bildirib. Açıqlamalarında ECB rəhbəri dəyişikliklərin əmək bazarına təsir edəcəyini, hökumətlərin işçilərə dəstək verməli olması zərurətini xatırladıb.

"Avrozona iqtisadiyyatının resessiyadan çıxıb və bölgədə iş gücü bazarının keyfiyyətinin artırılması məcburiyyəti var. Bununla yanaşı, bölgədə monetar bütünləşmə dərinləşdirilməlidir", - deyə Dragi əlavə edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti