Azərbaycan ötən il Çinə 1 mln. dollarlıq şərab ixrac edib

13-02-2018, 17:06
Oxunub: 153
"Bu ilin sonuna Şanxayda Azərbaycan şərab evinin açılışı planlaşdırılır"


Azərbaycan 2017-ci ildə 6 mln. ABŞ dolları dəyərində şərab ixrac edib. 

Report xəbər verir ki, bunu Azərbaycan-Çin iqtisadi əlaqələrinə dair mətbuat konfransında iqtisadiyyat naziri Şahin Mustafayev deyib. 

Onun sözlərinə görə, ixracın 1 mln. dollarlıq hissəsi Çinin payına düşüb: "Bu isə 2016-cı illə müqayisədə 2 dəfə çoxdur". 

Nazir həmçinin qeyd edib ki, bu ilin sonuna Şanxayda Azərbaycan şərab evinin açılışı planlaşdırılır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti