IEA: ABŞ artıq bu il neft hasilatı üzrə dünya lideri olacaq

13-02-2018, 16:54
Oxunub: 70
OPEC+ anlaşmasının qlobal neft ehtiyatlarında azalmaya yol açdığı qeyd olunur


 ABŞ-da neft hasilatı şist neft hasilatında artım hesabına yaxın rəqibləri olan S.Ərəbistanı və Rusiyanı ötərək 2018-ci ilin sonuna qədər onun lider ölkəyə çevrilməsinə səbəb olacaq.

Report TASS agentliyinə istinadən xəbər verir ki, bu proqnozu Beynəlxalq Energetika Agentliyi (EIA) fevral hesabatında yayıb.

Hesabatda bildirilir ki, OPEC+ anlaşmasının qlobal neft ehtiyatlarında azalmaya yol açdığı qeyd olunur. OECD ölkələrinin izafi neft ehtiyatları 5 dəfə azalaraq 264 mln. bareldən 52 mln. barelə düşüb. "Sanki, anlaşma müsbət effekt verib. Amma bu, belə deyil. Noyabr-yanvar ayları ərzində ABŞ-da neft hasilatı 846 min barel/gün artım göstərib və S.Ərəbistanını ötüb. İlin sonuna qədər isə ABŞ Rusiyanı da ötərək neft hasilatında lider ölkəyə çevrilə bilər".

Agentlik 2018-ci il üçün neft tələbi ilə bağlı proqnozunu 100 min barel/gün artıraraq 99,2 mln. barel/günə çatdırıb. Proqnozlara görə, 2017-ci illə müqayisədə isə tələbatın 1,4 mln. barel/gün artım göstərəcəyi gözlənilir. Lakin, OPEC istisna olmaqla, neft hasilatının isə 1,8 mln. barel/gün artaraq və 59,9 mln. barel/günə çatacağı proqnozlaşdırılır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti