“Türkiyə terror hücumuna ən çox məruz qalan NATO üzvüdür”

13-02-2018, 16:34
Oxunub: 66
"Türkiyə təhlükəsizlik məsələləri ilə bağlı bu narahatlıqlarını həll etmək hüququna sahibdir"


“NATO-nun heç bir üzvü Türkiyə qədər terror hücumuna məruz qalmayıb”.

Report “Ahaber”ə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq “Zeytun budağı” əməliyyatını şərh edərkən deyib.

“Türkiyənin qanuni təhlükəsizlik qayğıları var. NATO-nun heç bir üzvü Türkiyə qədər terror hücumuna məruz qalmayıb. Türkiyə təhlükəsizlik məsələləri ilə bağlı bu narahatlıqlarını həll etmək hüququna sahibdir. Türkiyənin NATO-dakı müttəfiqlərini məlumatlandırmaqda davam edəcəyini gözləyirik”, - o vurğulayıb. 

Yens Stoltenberq Türkiyə ilə ABŞ arasında müzakirələrin olmasından məmnun olduğunu deyib. O həmçinin Türkiyə ilə Rusiya arasında “S-400” raket əleyhinə müdafiə sistemi ilə bağlı müqaviləyə də münasibət bildirib: “Müqavilənin detallarının açıqlanması Türkiyədən asılıdır. Digər tərəfdən, Türkiyənin NATO-nun iki üzvü - İtaliya və Fransa ilə ortaq hava hücumundan müdafiə sistemini inkişaf etdirməsini də alqışlayırıq”. 

Qeyd edək ki, fevralın 14-də NATO-ya üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının toplantısı olacaq. Tədbirdə Türkiyənin müdafiə naziri Nurettin Canikli də iştirak edəcək. O, NATO-nun baş katibi Yens Stoltenberq, ABŞ-ın müdafiə naziri Ceyms Mettis və başqa nazirlərlə ikitərəfli görüş keçirəcək. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti