"ABŞ-ın 10 illik istiqrazlarının gəlirliliyi artacaq"

13-02-2018, 15:36
Oxunub: 29
"FED bu il uçot dərəcəsini, böyük ehtimalla, 4 dəfə artıracaq"


Qlobal maliyyə bazarlarının FED-in uçot dərəcəsini daha sürətlə artıracağı ilə bağlı gözləntilərinin artması, ABŞ-ın 10 illik dövlət istiqrazları üzrə gəlirlilik faizini mart ayında 3,5%-ə qədər yüksəldəcək.

Report "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu proqnozu ABŞ-ın nüfuzlu investisiya banklarından biri olan "Goldman Sachs"ın aktivlərin idarə edilməsi üzrə törəmə şirkəti - "Goldman Sachs Asset Management" verib.

Şirkətin Sidneyd' (Avstraliya) yerləşən Asiya-Sakit Okean regionu istiqraz bazarları üzrə meneceri Filip Moffit (Philip Moffitt) bildirib ki, FED bu il uçot dərəcəsini, böyük ehtimalla, 4 dəfə artıracaq. F.Moffitə görə, istiqrazların faiz dərəcəsi FED-in monetar stimullaşdırma zamanı aldığı istiqrazların həcmini azaltmaqla daha da artacaq.

Qeyd edək ki, hazırda ABŞ-ın 10 illik istiqrazlarının faiz dərəcəsi 2,83% səviyyəsindədir. Faizlərin yüksəlməsi digər aktivlərin, xüsusilə də səhm, qızıl və xammal qiymətlərinin ucuzlaşmasına səbəb olacaq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti