“Türkiyə hüquqlarını Egey dənizində də qoruyacaq”

13-02-2018, 14:52
Oxunub: 51
"Kipr sahillərində təbii qaz axtarılması və Egey dənizindəki qayalıqlarla da kəmfürsət fəaliyyətlər diqqətimizdən qaçmır"


 “Biz Afrində hüququmuzu qoruduğumuz kimi, Egeydə də qoruyacağıq”.

Report xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) parlament fraksiyasının genişləndirilmiş toplantısında bildirib.

“Kipr sahillərində təbii qaz axtarılması və Egey dənizindəki qayalıqlarla da kəmfürsət fəaliyyətlər diqqətimizdən qaçmır. Ölkəmizin cənubunda vəziyyətin gərginləşməsindən sui-istifadə edərək Kipr və Egeydə həddini aşanlara bir daha yanlış hesablar aparmamaları üçün xəbərdarlıq edirik. Cənub sərhədimizdə yanlış hesab aparanların ssenarilərini “Fərat qalxanı”, “Zeytun budağı” əməliyyatları və çox yaxın zamanda Münbiç və başqa bölgələrdə atacağımız addımlarla pozduğumuz kimi, onların da planlarını pozarıq”, - o vurğulayıb. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti