Gülarə Cabbarlı ilə vida mərasimi Təzə Pir məscidində keçiriləcək

13-02-2018, 12:04
Oxunub: 198
O, saat 14:30-da Mətbuat prospektində yerləşən köhnə müsəlman qəbiristanlığında dəfn olunacaq


Dramaturq, şair və nasir, əməkdar incəsənət Cəfər Cabbarlının qızı, Cəfər Cabbarlının ev-muzeyinin direktoru Gülarə Cabbarlı ilə vida mərasimi Təzə Pir məscidində keçiriləcək.

Bu barədə Report-a açıqlamasında Gülarə Cabbarlının oğlu Bəhlul Seyfəddinoğlu məlumat verib.

O qeyd edib ki, mərhum saat 14:30-da Mətbuat prospektində yerləşən köhnə müsəlman qəbiristanlığında dəfn olunacaq: "Neçə vaxt idi ki, ürəyində problemlər var idi. Sırağagün 88 yaşı tamam oldu. Vəsiyyətində xalqa, övladlarına əmin-amanlıq arzu etdi. Deyirdi ki, atam qədər yaşamasınlar, atamın əsərləri qədər ömürləri olsun".

Xatırladaq ki, G.Cabbarlı bu gün vəfat edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti