MDB PA Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək

13-02-2018, 11:22
Oxunub: 78
Parlamentlərarası Assambleyasının Şurasının sədri Valentina Matviyenkoya dəvət göndərilib


Milli Məclisin spikeri Oqtay Əsədov Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün MDB Parlamentlərarası Assambleyasının Şurasının sədri Valentina Matviyenkoya dəvət göndərib.

APA-nın MDB PA-nın saytına istinadən verdiyi xəbərinə görə, Parlamentlərarası Assambleya ona üzv ölkələrdən olan nümayəndələr, o cümlədən MDB PA Şurası katibliyinin əməkdaşlarından və üzv ölkələrdə demokratiyanın inkişafı, parlamentarizm və vətəndaşların seçki hüquqlarına əməl etmə üzə beynəlxalq Monitorinq İnstitutunun ekspertlərindən ibarət heyət formalaşdıracaq və seçkiləri müşahidə etmək üçün Azərbaycana göndərəcək.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti