Türkiyənin baş naziri Almaniya kansleri ilə görüşəcək

13-02-2018, 10:58
Oxunub: 88
Görüşdən sonra hökumət başçıları birgə mətbuat konfransı keçirəcəklər


Türkiyənin Baş naziri Binəli Yıldırım fevralın 15-də Berlində Almaniya kansleri Angela Merkellə görüşəcək.

Report “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Almaniya hökumətinin sözçüsü Şteffen Şeybert yazılı açıqlamasında bildirib.

Onun sözlərinə görə, görüşdən sonra hökumət başçıları birgə mətbuat konfransı keçirəcəklər. Baş naziri müşaiyət edən nümayəndə heyəti ilə Almaniya hökumətinin təmsilçiləri arasında görüşün olacağı da gözlənilir.

B.Yıldırım Almaniya kansleri ilə görüşdən sonra Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak etmək üçün Münhenə səfər edəcək. O, toplantıda çıxış edəcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti