Venesuela BMT-də səsvermə hüququndan məhrum edilib

13-02-2018, 10:47
Oxunub: 70
Venesuela daha əvvəl - 2017-ci ildə də BMT-də səsvermə hüququndan məhrum edilib


Birləşmiş Millətlər Təşkilatının (BMT) normalarına uyğun olaraq, Venesuela borcları səbəbindən BMT Baş Assambleyası çərçivəsində səsvermə hüququndan müvəqqəti olaraq məhrum edilib.

Report RİA "Novosti"yə istinadən xəbər verir ki, 2018-ci ilin yanvar ayının sonuna olan borcluların siyahısında Venesuela ilə yanaşı, Mərkəzi Afrika Respublikası, Dominika, Ekvatorial Qvineya, Qrenada, Liviya, Surinam və Yəmən də yer alıb.

Qeyd edək ki, Venesuela daha əvvəl - 2017-ci ildə də BMT-də səsvermə hüququndan məhrum edilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti