TAP-ın Yunanıstan və Albaniyadakı borularının çox hissəsi qaynaq edilib

13-02-2018, 10:36
Oxunub: 57
765 km-dən 615 km-dən artıq qaynaq işləri aparılıb


Azərbaycan təbii qazını Avropaya çatdıracaq Trans-Adriatik boru kəmərinin (TAP) Yunanıstan və Albaniyadan hissəsində boruların 80%-dən çoxu qaynaq edilib.

APA-Economics-in xəbərinə görə, bu barədə TAP Konsorsiumundan məlumat verilib.

Məlumata görə, TAP boruları yerin üstündə qaynaqlanır. Bütün qaynaqlar milli və beynəlxalq standartlara cavab vermək üçün avtomatik sınaqdan keçirilir. Yunanıstan və Albaniyadakı marşrutların 80%-dən çox boruları, yəni 765 km-dən 615 km-dən artıq qaynaq işləri aparılıb.

Qeyd edək ki, TAP layihəsi Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyasına görə strateji məqsədlərində əsas rolu oynayır. Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu TAP təşkil edir. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında "Hökumətlərarası Saziş" 2013-cü ilin fevral ayında imzalanıb. Borunun uzunluğu 878 km təşkil edir. Onun fəaliyyətə başlama tarixi kimi 2020-ci ilin yanvar ayı göstərilir.

TAP-ın ilkin illik daşıma qabiliyyəti 10 mlrd. kubmetrdir (illik 20 mlrd. kubmetrədək artırıla bilər).

Layihə üzrə hazırkı pay bölgüsü: "Cənub Qaz Dəhlizi" QSC - 20%, BP - 20%, "Snam" - 20%, "Fluxys" - 19%, "Enagás" - 16%, "Axpo" - 5%.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti