CAR-ın hakim partiyası prezidentə istefa üçün 48 saat vaxt verib

13-02-2018, 10:05
Oxunub: 126
Cjeykob Zuma istefaya gedəcək


Cənubi Afrika Respublikasının (CAR) hakim partiyası Afrika Milli Konqresi (AMK) prezident Ceykob Zumeyə vəzifəsindan istefa vermək üçün 48 saat vaxt verib.

Report xəbər verir ki, bu barədə "SABC" teleradio şirkəti məlumat yayıb. 

"SABC"-ın məlumatına görə, bazar ertəsi Afrika Milli Konqresinin İcraiyyə Komitəsi prezidentin vəzifəsinin aqibəti ilə bağlı qərarın çıxarılması üçün iclas keçirib. "News24" portalının məlumatında bildirilir ki, AMK lideri Siril Ramafosa partiyanın qərarı barədə dövlət başçısına məlumat vermək üçün prezidentin iqamətgahına gəlib.  

Digər mətbu orqan isə bildirib ki, Cjeykob Zuma istefaya gedəcək. Mənbələrin məlumatına görə, bununla bağlı Zuma Ramafosa arasında razılıq əldə edilib. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti