Bakıda NATO-nun təlim kursu keçirilir

12-02-2018, 19:39
Oxunub: 271
Müxtəlif qoşun növlərindən hərbi qulluqçular iştirak edirlər


Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə NATO arasında 2018-ci il üçün fərdi tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində fevralın 12-dən Bakıda “Təlimlərin planlaşdırılması” mövzusunda təlim kursu başlayıb.

Bu barədə Report-a Müdafiə Nazirliyindən bildirilib. 

Məlumata görə, Şimali Atlantika Alyansının Brunssum şəhərində yerləşən Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən təşkil edilən tədbirdə iştirakçılara NATO-nun komanda və qüvvə strukturu, təlimlərin konsepsiyası, planlaşdırılması, idarə edilməsi və keçirilməsi, eləcə də digər mövzularda brifinqlər təqdim ediləcək.

Fevralın 16-dək davam edəcək təlim kursunda müxtəlif qoşun növlərindən hərbi qulluqçular iştirak edirlər. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti