Çinin Azərbaycandakı səfiri İqtisadiyyat Nazirliyində olub

12-02-2018, 18:44
Oxunub: 99
"1,2 mlrd. ABŞ dolları təşkil edib"


Çinin Azərbaycandakı səfiri Vey Cinhua İqtisadiyyat Nazirliyində olub. 

Nazirliyin Mətbuat xidmətindən Report-a verilən məlumata görə, görüşdə Azərbaycanın Çinlə əməkdaşlığa xüsusi önəm verdiyi, əlaqələrin inkişaf etdiyi bildirilib. 

Nazir Şahin Mustafayev deyib ki, Azərbaycan Respublikasının Prezidenti Çinə 5 dəfə səfər edib: "Dövlət başçısının səfərləri zamanı mühüm razılaşmalar əldə olunub, 2015-ci ildə “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair sənəd imzalanıb. Bu səfərlər ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində xüsusi rol oynamaqla, gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradır”.

Nazir Çinlə tranzit daşımaları, ticarət, investisiya və turizm sahələrində əlaqələrin inkişaf etdiyini qeyd edib: "2017-cı ildə Azərbaycanın Çinlə ticarət dövriyyəsi 43% artaraq 1,2 mlrd. ABŞ dolları təşkil edib". 

O, 5-7 fevral tarixlərində Azərbaycan nümayəndə heyətinin Çinə səfərinin məhsuldar keçdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, səfər çərçivəsində Pekində “Kəmər və Yol” təşəbbüsünün reallaşmasında “Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizinin rolu”na həsr olunmuş Beynəlxalq Konfrans, işgüzar dairələrin iştirakı ilə Azərbaycan-Çin biznes forumu, Sianda Azərbaycanın investisiya mühitinə və tranzit potensialına dair təqdimat keçirilib, Çin rəsmiləri ilə görüşlər təşkil olunub, Pekində Azərbaycanın Ticarət Nümayəndəliyi açılıb.

Səfir Vey Cinhua Azərbaycan və Çin arasında tarixi əlaqələrin mövcudluğunu qeyd edib, qədim İpək Yolunu xüsusilə vurğulayıb. O, hər iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf perspektivlərinə dair fikirlərini bölüşüb. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti