"Azlıq hesabatı" - Təhlükəsizlik ilə şəxsi həyat qarşıdurması

12-02-2018, 14:00
Oxunub: 205
"Bir çox insan həyatlarını zəmanət altına almaq illüziyasına sahib olmaq üçün bəzi azadlıqlardan imtinanın vacibliyini müdafiə edir"


“Azlıq hesabatı” əbədi dəyəri az, aktuallığı və siyasi dəyəri isə daha çox olan fəlsəfi bir mövzudan bəhs edir: Təhlükəsizlik ilə şəxsi həyat qarşıdurması.

Film elektron təhlükəsizlik sistemlərinin, fərdiləşdirilmiş marketinq və reklam fəaliyyətlərinin, həmçinin varlığını hər yerdə hiss etdirən medianın var olduğu bir gələcək təqdim edir. Bu film 11 sentyabrdan sonra təhlükəsizliyi təmin etmək məqsədi ilə dövlətin şəxsi həyatımıza nə dərəcədə müdaxilə etməsinin müzakirə olunduğu dövrdə nümayiş olunub və izləyiciyə şəxsi həyatın bir haqq, yoxsa məhvə doğru gedən bir şey olduğu sualını verir.

Terrorizm və sensasional media ilə birlikdə qorxu həyatın bir reallığına çevrilir. Buna görə bir çox insan təhlükəsizliklərini tamamilə təmin edib, həyatlarını zəmanət altına almaq illüziyasına sahib olmaq üçün bəzi azadlıqlardan imtina edilməsinin vacibliyini müdafiə edir. “Azlıq hesabatı” təhlükəsizlik kameralarının, onlayn təqib cihazlarının, fərdi marketinqin gələcəkdə hər yerdə olacağını əvvəlcədən təxmin etmişdir. Narahatlıq yaradan məqam isə bütün bunlarla qarşılaşdıqda, bizim üçün bunların artıq fərqinə belə varılmayacaq qədər adiləşmiş olacağıdır. 

“Azlıq hesabatı” parçası olduğumuz istehlakçı dünyanı hələ “Amazon” kimi böyük şirkətlər mənfəət əldə etməyə başlamamışdan əvvəl təsəvvür edib. Əgər cəmiyyət rahatlıq və təhlükəsizlik uğrunda şəxsi həyatlarından imtina etməyi kor-koranə qəbul edərsə, kapitalist bazarda rəflərdəki məhsulların yerini, artıq özü əşyaya çevrilmiş insanlar alacaq.

Filmdə də olduğu kimi, istehlakçılıq və kapitalizm cəmiyyətdə həddən artıq yayıldığı təqdirdə insanlıqdan çıxmağımıza gətirib çıxarır.
Tərcümə: Elvin Mahmudov
Yazıçı: Laura Potier
Mənbə: The National Student
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti