Tayvanda güclü zəlzələ 17 nəfərin ölümünə səbəb olub

11-02-2018, 16:50
Oxunub: 318
Zəlzələ nəticəsində ümumi zərərçəkmişlərin sayı 280 nəfəri ötüb


 Tayvanda baş vermiş güclü zəlzələ ilə əlaqədar davam edən 100 saatlıq axtarışlardan sonra dağıntılar altından Çindən olan iki turistin meyiti tapılıb.

Report TASS-a istinadən xəbər verir ki, bu barədə adanın yerli yanğın xidmətinə istinadən "Sinxua" məlumat yayıb.

Beləliklə, güclü zəlzələ nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.

Tayvanın Hualyan qəzasında baş vermiş 6,5 maqnituda gücündə zəlzələ nəticəsində ümumi zərərçəkmişlərin sayı 280 nəfəri ötüb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti