İranda bir neçə nəfər casusluqda ittiham olunaraq həbs edilib

10-02-2018, 19:51
Oxunub: 110
Prokuror saxlanılanların kimliyi və sayı ilə bağlı məlumat verməyib


Tehranda bir neçə nəfər casusluqda ittiham olunaraq həbs edilib.

APA-nın Tehran bürosunun məlumatına görə,  bunu Tehran prokuroru Abbas Cəfəri Dövlətabadi bu gün jurnalistlərə açıqlamasında deyib. İttihama görə, həbs olunan şəxslər elmi və ekoloji birgə layihə çərçivəsində ölkənin strateji  sahələri haqqında məlumatlar toplayırmış. 

Həbs olunan şəxslər hazırda Tehran prokurorluğuna təhvil verilib. Onların cinayət işi üzrə istintaq aparılır.

Prokuror saxlanılanların kimliyi və sayı ilə bağlı məlumat verməyib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti