“Bayıl sürüşmə zonasında vəziyyət qorxuludur”

10-02-2018, 15:59
Oxunub: 104
"Çatlarda böyük aralanmalar var"


“Hazırda Bayıl sürüşmə zonasında vəziyyət qorxuludur, hər an hansısa fəsad baş verə bilər”.

Bunu Report-a açıqlamasında ərazidə olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, çatlarda böyük aralanmalar var.

Qeyd edək ki, bu gün günorta saatlarında Bakı şəhəri, Səbail rayonunun ərazisindəki Bayıl yamacında sürüşmə qeydə alınıb. Hadisə nəticəsində bir neçə evə ciddi ziyan dəyib, elektrik dirəkləri aşıb. Müvafiq qurumların nümayəndələri ərazidədirlər.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti