Tokaydonun 53 dayanacağı - İmpressionistlərin təsirləndiyi yer

10-02-2018, 14:00
Oxunub: 650
"Məşhur ukiyo-e pərəstişkarlarından biri holland sənətkar Vinsent van Qoqdur"


603-cü ildən 1868-ci ilə qədər davam edən Yaponiyanın Edo dövründə iki paytaxt arasında bir yol var idi: Şoqunun paytaxtı Edo və imperiyanın paytaxtı Kioto. Bu yola “Tokaydo yolu” deyilirdi.

514 kilometrlik yol rəsmi çəkilməyə layiq olan Şərqi Honşunun mənzərəli dəniz kənarından keçirdi. Məsafənin uzaq olmasına baxmayaraq, səyahətçilər daha çox yeriyərək və ya caqo (samuray olmayan təbəqənin daşıyıcıları tərəfindən daşınan xərək növü) vasitəsilə bu yolu gedirdilər. Yol boyunca, səyahətçilərin istirahəti üçün 53 dayanacaq var idi.

Utaqava Hiroşige 1832-ci ildə bu səyahətçilərdən biri idi və bu mənzərədən çox təsirləndi. Evə qayıtdıqdan sonra "Tokaydo yolu"na həsr edilmiş Hoeydonu çap etdirdi. Ukiyo-e üslubunda XVII əsrin ikinci yarısında çıxan ənənəvi yapon taxta oyma tərzində yaradılmışdı. Belə üslublu mənzərələrə çox rast gəlinmirdi və beləliklə, bu Hiroşigenin kəşflərindən biri oldu. “Tokaydonun 53 dayanacağı” çox böyük uğur əldə etdi və Hiroşigeni məşhur ukiyo-e sənətkarı kimi tanıtmış oldu. Ukiyo-e tərzinin son böyük ustası...

Məşhur ukiyo-e pərəstişkarlarından biri holland sənətkar Vinsent van Qoqdur. O, yapon çapları barəsində təcrübəli bir kolleksioner idi. İşlərinin hamısının Yapon sənəti əsasında yarandığını iddia edərək impressionizm sənət hərəkatını “Fransa yaponları” adlandırdı. Hiroşigedən təsirlənənlər arasında Pol Sezan, Ceyms Visler, Klod Mone var idi. Nyu-York xalq kitabxanasında saxlanılan “Tokaydo yolunun 53 dayanacağı” kolleksiyasının nümunələrinə buradan baxa bilərsiniz:
                             

Tokaydonun 53 dayanacağı - İmpressionistlərin təsirləndiyi yer

     Şinaqava dayanacağı
                      

Tokaydonun 53 dayanacağı - İmpressionistlərin təsirləndiyi yer

    Kavasaki dayanacağı
                            

Tokaydonun 53 dayanacağı - İmpressionistlərin təsirləndiyi yer

   Kanaqava dayanacağı
                            

Tokaydonun 53 dayanacağı - İmpressionistlərin təsirləndiyi yer

   Hodoqaya dayanacağı
                                  

Tokaydonun 53 dayanacağı - İmpressionistlərin təsirləndiyi yer

Totsuka dayanacağı

 
Tərcümə: Günay Əliyeva
Müəllif: Tatyana Kiryuxina
Mənbə: bigthink.com
                                             Etatist.com 

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti