Minsk qrupunun həmsədrləri Azərbaycanın işğal olunmuş torpaqlarını ziyarət ediblər

10-02-2018, 12:08
Oxunub: 262
Bako Saakyan ilə görüşüblər


Ermənistan-Azərbaycan Dağlıq Qarabağmünaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarına səfər ediblər.

Bu barədə Report "News.am" portalına istinadən xəbər verir.

Səfər zamanı vasitəçilər Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağda yaradılmış qeyri-qanuni separatçı rejimin nümayəndəsi Bako Saakyan ilə görüşüblər.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti