KXDR lideri Cənubi Koreyanın pezidentini Şimali Koreyaya dəvət edib

10-02-2018, 11:16
Oxunub: 107
Mun Çje İn onların şərəfinə ziyafət verib


Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In Cənubi Koreyanın prezidenti Mun Çje İni Şimali Koreyaya dəvət edib.

Report xəbər verir ki, bu məlumatı Cənubi Koreyanın “Renxap” agentliyi yayıb.

Cənubi Koreya prezidentinə “qısa zamanda” dəvətlə bağlı məktubu KXDR-in liderinin bacısı Kim Ye Çjon təqdim edib.

Cənubi Koreyada keçirilən Qış Olimpiya oyunlarının açılış mərasimində Şimali Koreyanın da nümayəndə heyəti iştirak edib. Onların arasında Koreya Əmək Partiyası Siyasi Bürosunun üzvü, Kim Çen Inın 26 yaşlı bacısı da var. Fevralın 9-da Şimali Koreyadan olan nümayəndə Cənubi Koreyanın prezident sarayında olublar, Mun Çje İn onların şərəfinə ziyafət verib. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti