"Bu il Beyləqan və Lənkəran Olimpiya İdman komplekslərinin istifadəyə verilməsi nəzərdə tutulub"

9-02-2018, 15:41
Oxunub: 278
Müşavirə Gənclər və İdman Nazirliyinin regional idarələrinin hesabatları ilə davam edib


"Bu il Beyləqan və Lənkəran Olimpiya İdman komplekslərinin istifadəyə verilməsi nəzərdə tutulub".

Report xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial - iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan respublika müşavirəsində çıxışı zamanı deyib.

Nazir bildirib ki, növbəti ildə Tərtər və Goranboy Olimpiya İdman Komplekslərinin tikilib istifadəyə verilməsi planlaşdırılır.

A.Rəhimov əlavə edib ki, regionlarda Gənclər evlərinin tikilməsin əsas vəzifələrdəndir: "Bu günədək 40 Gənclər evləri istifadəyə verilib. Hazırda ölkədə 43 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Onlardan 5-i Bakı şəhərində, 38-i isə regionlarda yerləşir. 2014-2017-ci illərdə Gənclər və İdman Nazirliyi tərəfindən tikilmiş, yenidən qurulmuş obyektlərdə 918 nəfər daimi işlə təmin olunub".

Müşavirə Gənclər və İdman Nazirliyinin regional idarələrinin hesabatları ilə davam edib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti