Rusiya Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

9-02-2018, 15:08
Oxunub: 265
Bu barədə Bankın press-relizində məlumat verilir


Rusiya Bankı (Mərkəzi Bank) bu gün keçirdiyi iclasda uçot dərəcəsini 0,25 faiz bəndi azaldaraq 7,5%-ə endirib.

Report "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Bankın press-relizində məlumat verilir.

Xatırladaq ki, Rusiya Bankı 2017-ci ildə 6 iclasda faizləri azaldıb. Qeyd edək ki, Rusiya Bankının qərarı maliyyə bazarlarının proqnozu ilə üst-üstə düşüb. Analitiklər də Rusiya Bankının uçot dərəcəsini 0,25 faiz bəndi azaldacağını proqnozlaşdırırdılar. Bundan əvvəlki iclasda, dekabrın 15-də Rusiya Bankı uçot dərəcəsini 0,5 faiz bəndi azaldıb.

Report xəbər verir ki, bu qərar rublun məzənnəsinə təsir etməyib və ABŞ dollarının məzənnəsi 58 RUB/USD səviyyəsində sabit qalıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti