Vatikanın xarici işlər naziri Allahşükür Paşazadə ilə görüşəcək

9-02-2018, 11:48
Oxunub: 188
Məqsəd Vladimir Feketenin yepiskop rütbəsinə yüksəldilməsinə həsr olunmuş mərasimdə iştirakdır


Vatikanın xarici işlər naziri, arxiyepiskop Pol Riçard Qallaxerin rəhbərlik etdiyi nümayəndə heyəti sabah, fevralın 10-da Azərbaycana rəsmi səfərə gələcək.

Report-un məlumatına görə, səfər çərçivəsində Vatikanın XİN başçısı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəilə görüşəcək.

Qeyd edək ki, səfərin məqsədi fevralın 11-də Azərbaycan Katolik Kilsəsinin ordinarisi Vladimir Feketenin yepiskop rütbəsinə yüksəldilməsinə həsr olunmuş mərasimdə iştirak etməkdir. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti