Pakistan Əfqanıstanla sərhəddə hasar hörmək niyyətindədir

8-02-2018, 15:46
Oxunub: 151
"Sərhəd boyunca keçid məntəqələri quraşdırılacaq"


Pakistan hərbçiləri yaxın zamanlarda Bəlucistan vilayətinin Çaman şəhəri yaxınlığında Əfqanıstanla sərhəd boyunca hasar hörmək niyyətindədir.

"Report" TASS-a istinadən xəbər verir ki, bununla bağlı razılaşma Çaman şəhərində Pakistanda Sərhəd Qoşunları və ətraf kəndlərin Ağsaqqallar Şurasının nümayəndələri arasında aparılan danışıqlarda əldə edilib.

Bəlucistan Sərhəd Korpusunun komandiri Nadim Sohal bildirib ki, hasar tikiləmsi ilə əlaqədar bəzi sakinlər köçürüləcək və buna görə onlara müvafiq sənədləri təqdim etdikdən sonra təzminat veriləcək. Onun sözlərinə görə, sərhəd boyunca keçid məntəqələri quraşdırılacaq.

Qeyd edək ki, Əfqanıstan ilə sərhəddə hasar çəkilməsi barədə qərar Pakistana qonşu ölkələrin aralarında ekstremistlərin də ola biləcəyi vətəndaşlarının qanunsuz şəkildə sərhədi keçməsinin qarşısını almaq məqsədi ilə qəbul edilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti