Eynşteynin dahiliyinin sübutu - Bənzərsiz düşüncə tərzi

8-02-2018, 14:00
Oxunub: 198
"Hər zaman orijinal bir baxış bucağına sahib idi"


Nəzəri fizik olan Robert Daykqraaf Prinston Universitetində professordur, eyni zamanda "Faydasız məlumatların faydası" kitabının da müəllifidir.

Robert Daykqraaf Albert Eynşteynin dünyanı elm insanlarının bir çoxunun gördüyündən necə fərqli şəkildə anladığını izah edir.

"Eynşteyn bir elm insanı kimi hamımıza örnək olan əsl dahi idi. Əslində, onun uşaq ikən belə özünəməxsus düşüncə tərzi var idi.

Eynşteyn üçün xəyallar aləmi hər şeydən vacib idi. Sahib olduğu özünəməxsus düşüncə üsulu onu çox da uğurlu bir tələbə etmədi.

Mənim fikrimcə, bu, onun sahib olduğu sehirli bir toxunuş kimi idi. Hər zaman orijinal bir baxış bucağına sahib idi. Necə oldusa, dövrünün mövcud nəzəriyyələrinin ardınca getmədi və düşüncələri öz müəyyənləşdirdiyi istiqamətdə idi.

Bir elm adamı olaraq düşüncə eksperimenti ən sevdiyi fikir yürütmə forması idi. Buna misal olaraq, çox kritik bir an olan ümumi nisbilik nəzəriyyəsinin kəşf anını izah edərək açıqlayır.

Bir binanın damındakı işçiləri izləyərkən qəfildən onlardan biri yıxılarsa, nə olacağını düşündü. Belə olan halda işçinin artıq cazibə qüvvəsini hiss etməyəcəyini anladı.

Bu hadisə vasitəsilə yaratdığı ümumi nisbilik nəzəriyyəsini Eynşteyn həyatının ən xoşbəxt anı kimi təsvir edirdi.

Daha sonralar şəxsən məni çox rahatlaşdıran bir şey dedi: Bilik ehtiyatı yalnız bildiklərimizi xarakterizə etdiyindən, xəyal gücü bilik ehtiyatından çox daha əhəmiyyətlidir. Xəyal gücü gələcəkdə öyrənə bilmə ehtimalımız olan hər şeyə aiddir".

Mənbə: businessinsider.com
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti