"Qızıl bahalaşa bilər"

7-02-2018, 17:10
Oxunub: 191
"Çin və Cənub-Şərqi Asiya ölkələri, həmçinin inkişaf etməkdə olan ölkələr tərəfindən tələb artmaqda davam edir"


 Dünyada geosiyasi vəziyyətin daha təhlükəli hal alması durumunda qızılın qiyməti 2018-ci ilin sonuna qədər 1 500 dollar/unsiyaya kimi yüksələ bilər. 

Report xəbər verir ki, bu proqnozla ABŞ-ın nüfuzlu "Goldman Sachs" bankının Qlobal xammal araşdırmaları Departamentinin rəhbəri Cefri Köri (Jeffrey Currie) çıxış edib.

"Çin və Cənub-Şərqi Asiya ölkələri, həmçinin inkişaf etməkdə olan ölkələr tərəfindən tələb artmaqda davam edir və bu, qiymətləri artırır", - deyə Körri "Bloomberg" telekanalına müsahibəsində bildirib. 

Körri "Goldman Sachs"ın normal durumda 2018-ci ilin sonu üçün qiymət proqnozunun 1 375 dollar/unsiya, geosiyasi gərginlik yaranacağı təqdirdə isə, 1 400 dollar, hətta 1 500 dollar/unsiyaya yüksəlmə ehtimalının olduğunu qeyd edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti