Ramiz Rzayevin Ali Məhkəmənin hakimi təyin olunması müzakirə olunacaq

7-02-2018, 11:08
Oxunub: 132
Bu məsələ Milli Məclisin fevralın 13-də keçiriləcək iclasının gündəliyinə salınıb


Ramiz Rzayevin Ali Məhkəmənin hakimi təyin olunması məsələsinə baxılacaq.

APA-nın xəbərinə görə, bu məsələ Milli Məclisin fevralın 13-də keçiriləcək iclasının gündəliyinə salınıb.

Bundan başqa, Q. Əliyevin Naxçıvan MR Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələ də gündəliyə daxil edilib.

Qeyd edək ki, R. Rzayev hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin sədridir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti