Plüralizm- Çoxluq sistemi

6-02-2018, 14:00
Oxunub: 148
Plüralizm yolu ilə həyata keçirilən seçki ictimai vəzifələr üçün namizədlərin seçilməsində istifadə olunan ən geniş yayılmış üsuldur


Plüralizm hər hansı bir namizəddən daha çox səs toplayan birinin seçildiyi seçki prosesidir.

Bu, bütün digər  namizədlərin topladığı səslə müqayisədə daha çox səs toplanılmasını tələb edən çoxluq sistemindən fərqlənir. Plüralizm yolu ilə həyata keçirilən seçki ictimai vəzifələr üçün namizədlərin seçilməsində istifadə olunan ən geniş yayılmış üsuldur.

Plüralist sistemin üstünlükləri seçicilər tərəfindən asanlıqla anlaşılması, sürətli qərar qəbul edilməsi və digər üsullara nisbətən həyata keçirilməsinin daha rahat olması və az xərc tələb etməsidir. Buna qarşı istifadə edilən arqument isə ikidən çox namizədin iştirakı ilə baş verən seçkilərdir. Bu, bir namizədin verilən səslərin az bir qismini əldə etməsi ilə nəticələnə bilər: Məsələn, 4 namizədin iştirak etdiyi gərgin bir seçkidə plüralizm yolu ilə qələbə qazanmaq üçün ümumi səsin 25 faizindən bir səs artığı tələb olunur. Bu çatışmazlığı aradan qaldırmaq üçün isə mütləq çoxluq və nisbi təmsil kimi digər vasitələrdən istifadə olunur. Plüralist üsul iki partiyalı sistemlər üçün daha münasibdir.

Plüralizmin tətbiqi yalnız hökumətlərlə məhdudlaşmır. Bu, həmkarlar ittifaqları və peşəkar təşkilatlar kimi böyük şirkətlərdə məmurların seçilməsində və direktorların, idarə heyəti iclaslarının qərarlarının qəbulunda geniş şəkildə istifadə olunur.

Tərcümə: Günay Quliyeva
Mənbə: britannica.com
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti