“Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi müzakirəyə çıxarılır

6-02-2018, 12:04
Oxunub: 112
Layihə parlamentin Əmək və sosial siyasət komitəsinin sabah keçiriləcək iclasında müzakirə olunacaq


Milli Məclisdə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi yenidən müzakirəyə çıxarılır.

Report-un xəbərinə görə, layihə parlamentin Əmək və sosial siyasət komitəsinin sabah keçiriləcək iclasında müzakirə olunacaq.

Layihə plenar iclasa tövsiyə olunarsa, parlamentin fevralın 13-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsi bundan öncəki iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsini geri qaytarmışdı.

Müzakirələr zamanı fikir ayrılığı yaranmışdı, bəzi məsələllərin yeni qanun layihəsində əks olunmadığı qeyd olunmuşdu.

İclasda bildirilmişdi ki, yeni qanun layihəsinin müzakirəsi əlil cəmiyyətləri ilə də aparılmalıdır, sonra plenar iclasa tövsiyə olunmalıdır.

Hazırda tətbiq olunan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun 1992-ci ildə hazırlanıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti