Bitkoinin qiyməti 6 000 dollara düşüb

6-02-2018, 11:26
Oxunub: 144
Bu, 2017-ci ilin oktyabrın 29-dan sonra ən minimal həddir


Bitkoinin qiyməti bu gün səhər saatlarında 6 017 dollara qədər geriləyib. 

Report "Binance.com" kriptovalyuta birjasına istinadən xəbər verir ki, bu, 2017-ci ilin oktyabrın 29-dan sonra ən minimal həddir. Qeyd edək ki, kriptovalyuta bazarının kapitallaşması da 278 mlrd. dollara qədər geriləyib.

Nəticədə, bitkoin tarixi rekord səviyyəsindən 3,3 dəfə və ya 70%, kriptovalyuta bazarının kapitallaşması isə 554 mlrd. dollar və ya 66% ucuzlaşıb.

Report-un analitik qrupu bu səviyyələrdən kriptovalyutaların bahalaşmağa başlayacağını, 277 mlrd. dollar kapitallaşma səviyyəsindən aşağı endiyi halda isə kriptovalyuta bazarında böhran yaşanacağını, təşviş başlayacağını proqnozlaşdırır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti