DSX-nin əsgərin ölümündən xəbəri yoxdur

11-12-2012, 15:41
Oxunub: 2189


Dövlət Sərhəd Xidmətətinin hərbi hissələrindən birində əsgər bıçaqlanıb. Bu barədə Moderator.az-a hərbi hissədə bıçaqlanaraq, öldürülən əsgər Həsənov Sirəddin Əlif oğlunun yaxınları məlumat verib. Bir neçə gün əvvəl komandiri tərəfindən döyülən əsgər iki gün əvvəl isə hərbi hissə yoldaşlarından biri tərəfindən bıçaqlanıb. Bir neçə bıçaq yarası alan əsgərin həyatını xilas etmək mümkün olmayıb. 
Etatist.com olaraq daha geniş məlumat almaq üçün DSX-nin (+994 12) 493-36-65 nömrəli telefonuna zəng vurduq. Telefona cavab verən DSX-nin Əməliyyat Növbətçisi bu barədə heç bir şey bilmədiyini və ona belə bir məlumatın daxil olmadığını bildirərək, bu hadisənin necə baş verdiyini bizdən öyrənmək istədi. Daha sonra Mətbuat xidmətilə əlaqə saxlamağa çalışsaq da bizə cavab verən olmadı. Yenidən yuxarıda göstəriyimiz nömrəyə zəng vurub bu məlumatın dəqiq olub olmaması barədə soruşduq. Lakin telefona cavab verən Əməliyyat növbətçisi belə bir işin marağında olmadığını və onun işinin başqa şey olduğunu bildirdi.

Son günlər Müdafiə Nazirliyinin Hərbi Hissələrində artan ölüm halları Dövlət Sərhəd Xidmətinə də sıçrayıb.

Qeyd edək ki, Ağdam Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağrılan əsgərin meyidi dünən Mingəçevir şəhərinə gətirilib.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti