“ABŞ vitse-prezidentinin KXDR rəsmiləri ilə görüşü istisna edilmir"

6-02-2018, 09:05
Oxunub: 112
"Bu baş verə bilər, baxarıq...”


ABŞ-ın vitse-prezidenti Mayk Pens Cənubi Koreyaya səfəri çərçivəsində KXDR rəsmiləri ilə görüşə bilər.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson bəyan edib.

“Vitse-prezident Pensin Pxençxanda KXDR rəsmiləri ilə görüşü istisna edilmir. Bu baş verə bilər, baxarıq...”, deyə dövlət katibi bildirib.  

Qeyd edək ki, ABŞ vitse-prezidenti Qış Olimpiya Oyunlarının təntənəli açılış mərasimində iştirak edəcək. KXDR Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Kim Yon Nam Oyunlarda Şimali Koreya nümayəndə heyətinə başçılıq edəcək. Onun Cənubi Koreya prezidenti Mun Çje In ilə görüşü planlaşdırılıb.

Qış Olimpiya Oyunları fevralın 9-dan 25-dək Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti